Haluk Bilginer və Yasemin Allen dünyaca məşhur “Paramount” şirkətinin rəqəmsal platformasında yayımlanacaq “Türk Detektivi” serialında rol alacaq.
OLAY yazır ki, Barbara Nadelin “The Cetin Ikmen Crime Novels” adlı kitab silsiləsindən uyğunlaşdırılacaq serial 8 bölümdən ibarət olacaq.
Məşhur xəbər saytı “Deadline”da yayımlanan layihə “Miramax”, “Ay Yapım” və “Paramount” şirkətlərinin ortaqlığı ilə həyata keçiriləcək. Çəkilişlərin bu ay İstanbulda başlayacağı bildirilir.
Detektiv Çetin İkmen obrazını Haluk Bilginer, xəfiyə Ayşe Farsakoğlunu isə Yasemin Allen canlandıracaq.
Həmçinin layihədə Ethan Kai də yer alacaq.
Serialın 2023-cü ildə yayımlanması gözlənilir.