Belçika əsilli Hollivud aktyoru, 61 yaşlı Jan-Klod Van Damm Konqo Demokratik Respublikasından diplomatik pasport alıb.
OLAY yazır ki, sözügedən rəsmi sənədi ulduza Konqo Prezidenti Feliks Tşisekedinin adından xarici işlər nazirinin müavini Sami Adubanqo təqdim edib.
Məlumdur ki, aktyor diplomat statusunda canlı təbiəti qorumaq və bütün dünyanın diqqətini Afrika regionunda ekologiya probleminə cəlb etmək niyyətindədir.
Onun fikrincə, Konqoda biomüxtəlifliyin qorunması mühüm vəzifədir. Van Damm, həmçinin Konqo iqtisadiyyatına, xüsusən də kənd təsərrüfatı sahəsinə investisiya axınını təşviq etmək niyyətindədir.