Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətə gəlməmişdən əvvəl baş rolda oynadığı “Xalqın xidmətçisi” serialı “Netflix”də yayımlanacaq.
OLAY yazır ki, bu barədə sözügedən platforma məlumat yayıb. Eyni zamanda, Zelenski də açıqlama yayaraq bundan qürur duyduğunu vurğulayıb:
““Netflix-də görünəcək Ukrayna seriallarının yaradıcıları olmaqdan çox qürur duyuruq. Bu, bütün Ukrayna televiziya sənayesi üçün bir sıçrayışdır”.