Türkiyəli aktyor və rejissor Yılmaz Erdoğan bir vaxtlar populyar olan filmi “Organize işler”in serialını çəkir.
OLAY yazır ki, sözügedən layihə Disney Plus-da ekrana gələcək.
Serialda Russell Crowe, Andy García və Cem Yılmaz kimi məşhur simalar rol alacaq.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, müqaviləyə “Organize İşler” serialının üç sezonu və iki bədii filmi daxildir. Layihələr təkcə yerli deyil, həm də xarici aktyorları qəbul edəcək.