Film / Serial
Film / Serial

Türk aktrisalar arasında qalmaqal

Türk aktrisalar arasında qalmaqal

“Zalim İstanbul”da birgə rol alan Bahar Şahinlə Mine Tuqay arasında qalmaqal yaşanıb.

OLAY yazır ki,  buna səbəb Arya Bektaşın verilişində qonaq olan  Baharın illər əvvəl çəkilişdə Mineylə yaşadığı gərginlikdən danışması olub.

Belə ki, o, ad çəkmədən M. Tuqayın ona qarşı psixoloji şiddət etdiyini, hətta üstünə hücum çəkdiyini iddia edib.

Bundan sonra Mine gənc həmkarına cavab verib:

“Məni tanıyan hər kəs yaxşı bilir ki, heç xoşlamadığım və istifadə etmədiyim bir üslub və cümlələrlə ittiham olunmuşam.  

Dostlarım mənə atılan böhtanları danışanda, açığı, buna üzülmədim desəm, yalan olar. Çünki gerçəkləri dəqiq xatırlamağıma baxmayaraq, əsla demədiyim sözlərlə ittiham edilmək, mənə qarşı hörmətsizlik və məqsədli yönləndirmə kimi gəldi.  

Bu səbəbdən də yaxşı niyyətli olmadığını düşünürəm. Yenə də hamıya yaxşılıq arzulayıram.   

Susmağımı istəmədiyiniz üçün, heç kimi incitmədən, üzmədən bunu ilk və son dəfə yazmaq istədim”.