Yeni “Superman” filminin beynəlxalq təqdimat turu Filippin paytaxtı Manilada start götürüb.
OLAY yazır ki, Devid Korensvit (Superman) və Reyçel Brosnohan (Lois Leyn) çərşənbə günü bir sıra tədbirlərdə iştirak edərək filmin qlobal turuna rəsmi olaraq başlayıblar.
Onlara ssenarist və rejissorCeyms Qann, həmçinin prodüser Peter Safran da qoşulub. Tədbirdə aktyor heyəti pərəstişkarlarla görüşüb, mətbuatla ünsiyyət qurub və film haqqında ilk təəssüratlarını bölüşüblər.
Təqdimat turunun digər ölkələrdə də davam edəcəyi gözlənilir.