Rusiya kinoteatrları ləğv edilən Qərb filmlərinin premyeraları əvəzinə yerli kinoları yenidən nümayiş etdirəcək.
OLAY yazır ki, 2019-cu ilin sonunda ekranlara çıxan Miloş Bikoviçun “Xolop” komediyası, Vladimir Maşkovun “Dvijeniye vverx” dramı və Vladimir Vdoviçenkovun “Batya” filmi yenidən ekranlara çıxacaq.
Bundan əlavə, Miloş Bikoviç və Kristina Asmusun iştirakı ilə lentə alınan “Evlənmək istəyirəm” komediyasının premyerası martın 3-dək təxirə salınıb.
Qeyd edək ki, Qərbin Disney, Sony, Paramount, Warner Bros., Universal kinostudiyaları öz filmlərinin Rusiyada yayımını dayandırıb.