Türkiyənin populyar seriallarından biri olan “Kızılcık Şerbeti” yeni mövsümdə də tamaşaçılarla görüşməyə davam edəcək.
OLAY yazır ki, serialın 4-cü sezon üçün rəsmi təsdiq aldığı açıqlanıb. Dram və ailə münasibətlərini özünəməxsus üslubda təqdim edən bu uğurlu layihə tamaşaçıların böyük marağını qazanmağa davam edir.
Hazırkı mövsümdə hadisələrin gərginləşməsi və gözlənilməz süjet xətləri seriala olan marağı daha da artırıb. 4-cü sezonda isə hekayənin hansı istiqamətdə davam edəcəyi həyəcanla gözlənilir.