Film / Serial
Film / Serial

“Squid Game” serialı gerçəkləşir

“Squid Game” serialı gerçəkləşir

“Netflix”in ən çox izlənilən “Squid Game” serialı gerçəkləşir.

OLAY xarici KİV-ə istinadən yazır ki, seriala əsaslanaraq Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özəl  yarışma keçiriləcək. Oktyabrın 12-i Abu-Dabidə təşkil olunan tədbirdə iştirakçılar serialda yer alan qırmızı və yaşıl işıq, konfet qəlibi, kartları çevirmək, misket, ddakji kimi oyunlar oynayacaqlar.

Yarışmada 30 nəfər iştirak edəcək. İki qrupda keçirilən müsabiqədə iştirak etmək üçün indidən 300 nəfər müraciət edib. Yarışın sonunda qaliblərə hədiyyələr veriləcək.