Film / Serial
Film / Serial

Dollar dəyərini itirəcək, kriptovalyutalar isə... – “Simpsonlar”ın 2025-ci il proqnozları

Dollar dəyərini itirəcək, kriptovalyutalar isə... – “Simpsonlar”ın 2025-ci il proqnozları

36 mövsümdür həm əyləncəli bir animasiya, həm də kəhanət vasitəsi olaraq görülən Simpsonların 2025-ci il proqnozları üzə çıxmağa başlayıb.

OLAY News24.az-a istinadən yazır ki, “Simpsonlar” filminin bir hissəsində 2025-ci ilə işarə edən günəş fırtınası fəlakətindən bəhs edilir. Bu fırtına səbəbindən bütün elektron cihazların sıradan çıxacağı proqnozlaşdırılır.

Alimlər bildirirlər ki, belə günəş fırtınaları təxminən hər 100 ildən bir baş verən təbii hadisələrdir. Bənzər bir hadisə 1922-ci ildə dünyaya təsir edib.

Deyilənə görə, bu proqnoz gerçəkləşərsə, müasir dünya tamamilə dayana bilər.

Başqa bir proqnoz isə ekoloji problemlərə diqqət çəkir. Serialda böyük şirkətlərin yaratdığı ekoloji fəlakətlərdən qorunmaq üçün nəhəng bir günbəzin inşa ediləcəyi iddia edilir.

Bu günbəz insanların yaşayış üçün yararsız hala düşmüş ərazilərdən qaçmaq üçün istifadə edəcəyi sığınacaq kimi təsvir edilib. Bu kəhanət ekoloji fəlakətlər və iqlim dəyişikliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

“The Simpsons” serialının başqa bir hissəsində ABŞ dollarının tamamilə dəyərini itirdiyi və insanların virtual valyutalara üz tutduğu görünür.

Bu proqnoz 2025-ci ildə qlobal iqtisadiyyatda böyük bir pozulma ola biləcəyi ehtimalını xatırladır. Xüsusilə kriptovalyutaların yüksəlişi bu ssenarini daha da ehtimal edir.