Türkiyənin məşhur aktyoru Mehmet Günsür qızı Cloe ilə kamera qarşısına keçib.
OLAY yazır ki, İtaliyada bir serialda rol alan ata-qız rekord qırıb.
“Rai-1” kanalında yayımlanan serialın ilk bölümü 5 milyon şəxs tərəfindən izlənilib.
Eyni gün yayımlanan “İnter Milan-Roma” futbol oyununu geridə qoyan serial izləyicilərin 22,4 faizinə çatıb.
Mehmet “Lea” ( Yeni bir gün) adlı ekran işində bir musiqiçini canlandırır. Onun istəmədən bir qız övladı dünyaya gəlir və uşağın anası onları tərk edir. Hekayə də bundan sonra başlayır.