Dünya şöhrətli aktyor Vin Dizel çəkildiyi və kinosevərlərin səbirsizliklə gözlədiyi “Forsaj” filminin yeni 11-ci hissəsinin premyera tarixini açıqlayıb.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında post paylaşıb.
““Universal” film şirkəti mənə bir qulağı ilə deyir ki, bizə 2026-cı ilin martına qədər “Forsaj”ın 11-i lazımdır! O biri qulaqda mənə deyirlər ki, finala çıxmaq üçün bizə iki film lazımdır!”, - deyə aktyor vurğulayıb.
Yeri gəlmişkən, bir müddət əvvəl Universal Pictures kinostudiyası 2025-ci ilin aprelində yekun “Forsaj” filminin buraxılacağını elan etmişdi. İlk film 2001-ci il iyunun 18-də nümayiş etdirildiyindən sonuncu filmin də iyunda çıxması ehtimalı var.