Türk aktyor, rejissor və ssenarist Yılmaz Erdoğanın özündən 25 yaş kiçik modellə eşq yaşadığı üzə çıxıb.
OLAY yazır ki, 56 yaşlı sənətçinin sevgilisi 31 yaşlı model Cansu Taşkın qatıldığı bir proqramda münasibətlərininin olduğunu etiraf edib.
“Yılmaz mənim üçün çox dəyərli və özəl insandır, onu çox sevirəm”, - deyə model qeyd edib.
Sosial şəbəkələrdə sənətçinin “İnci taneleri” serialından misal gətirilərək ““Dilber” hekayəsi gerçək oldu” kimi şərhlər yazılıb.