“Yeşilçam”ın məşhur aktyoru Nuri Alçonun səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə sənətçinin həyat yoldaşı Bahar Alço məlumat yayıb. O bildirib ki, aktyorun vəziyyəti gecə ağırlaşıb və təcili tibbi yardım çağırıblar.
Xəstəxanada məlum olub ki, sənətçinin beyin damarlarında laxtalanma yaranıb. Bu səbəbdən ilkin mərhələdə yaddaş pozuntusu yaşanıb. B. Alço söyləyib ki, hazırda əməliyyata ehtiyac yoxdur.