Film / Serial
Film / Serial

4-cü bölümündə final etdi

4-cü bölümündə final etdi

Türkiyənin “Star” telekanalında izləyici qarşısına çıxan “Yan oda” serialı final edib.

OLAY yazır ki, 30 martda 4-cü seriyası yayımlanan ekran işi həmin bölümüylə də izləyicilərlə vidalaşıb. Buna səbəb kimi layihənin yüksək reytinqlər ala bilməməsi göstərilib.

Qeyd edək ki, “Yan oda”da baş rolları Şevval Sam, Caner Cindoruk, Derya Pınar Ak və Onur Seyit Yaran canlandırırdılar.