Əməkdar artist Dilarə Əliyeva, Elməddin Cəfərov və Vüsal Murtuzəliyevin rol aldığı “Hoqqa” filmi Özbəkistanda yayımlanacaq.
OLAY yazır ki, bu barədə V. Murtuzəliyev sosial media hesabında paylaşım edib:
““Hoqqa” kinokomediyası Özbəkistanın “Renessans” telekanalında özbək dilində dublyaj olunaraq nümayiş olunur. İki dost ölkə arasında sıx siyası, iqtisadi münasibətlər inkişafda olduğu kimi, kino və teatr sahəsində də yaxın zamanlarda əməkdaşlıq, öz töhfəsini verəcək”.
Qeyd edək ki, film 2017-ci ildə təqdim olunub.