Film / Serial
Film / Serial

“Mecnun”un ən çox sevdiyi “Leyla” hansıdır?

“Mecnun”un ən çox sevdiyi “Leyla” hansıdır?

“Leyla ile Mecnun” serialının Mecnunu Ali Atay ekran işində “Leyla” obrazına həyat verən aktrisalardan ən bəyəndiyinin kim olduğunu açıqlayıb.

OLAY yazır ki, sənətçi bu haqda “Az önce konuştum” proqramında danışıb.

“Hər zaman ilk Leyladır (Ezgi Asaroğlu). Onun üzərində davam etdi hekayə. İlk Leylanın tozu var idi üstümüzdə. O təbii bir bağa çevrildi. Həqiqətən də, sevdiyimiz birini itirmiş kimi oldu. O itkini qəbul edə bilmədik, içimizə işlədi. Bir-birindən yaxşı aktyorlarla çalışdıq, amma hekayənin özündə var olan şey ilk Leylanın buraxdığı təsirdir”, - deyə, o, bildirib.

Qeyd edək ki, sözügedən serialda Leyla obrazının ilk sahibi Ezgi Asaroğlu olub. Aktrisa 29-cu bölümdə layihədən ayrılandan sonra obraza müxtəlif dövrlərdə Müge Boz, Zeynep Çamcı, Neslihan Aker, Tuğçe Kurşunoğlu, Melis Birkan və Deniz Işın həyat verib.