Türkiyə Cümhuriyyətinin səhnələşdirilən ilk operası “Özsoy operası”nın filmi çəkiləcək.
OLAY yazır ki, ekran işinin heyətindən bir neçə aktyor müəyyənləşib.
Layihədə Mustafa Kemal Atatürk obrazı olacaq. Aras Bulut İynemli, Onur Tuna, Alican Yücesoy və Yiğit Özşenerdən sonra bu dəfə ona Ertan Saban həyat verəcək.
Filmdə Birce Akalay, Melis Sezen, Şifanur Gül, Afra Saraçoğlu, Ali Atay, Okan Yalabık kimi simalar da yer alacaq.