Film / Serial
Film / Serial

Bir gecədə 7 mükafat aldı

Bir gecədə 7 mükafat aldı

Son zamanların ən çox danışılan  “Oppenhaymer” bioqrafik filmi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatlarında ödül rekordu qırıb.

OLAY yazır ki, film 13 nominasiya üzrə yeddi mükafat alıb. 

Kristofer Nolana “Ən yaxşı rejissor”, Sillian Mörfiyə “Ən yaxşı kişi rolu”, kiçik Robert Dauniyə isə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında ödülə layiq görülüb. 

Ekran işi “Ən yaxşı film musiqisi”, “Ən yaxşı operator işi” və “Ən yaxşı montaj” nominasiyalarında da mükafatlar alıb.