Film / Serial
Film / Serial

“Hər kəsin həyatından film çəkməyin”

“Hər kəsin həyatından film çəkməyin”

Aktyor və müğənni Oğuzhan Koç bioqrafiya filmlərinə münasibətini bildirib.

OLAY yazır ki, Oğuzhan sosial media hesabında Barış Mançonun həyatından film çəkiləcəyi ilə bağlı xəbəri paylaşaraq fikirlərini yazıb.

“Bəzi əfsanələri rahat buraxsaq olar? Biz ölkə olaraq hər kəsin həyatı film olacaq deyə and içmişik?”, - deyə, o, bildirib.

Qeyd edək ki, Türkiyədə mərhum sənətkarlar Bergen, Dilberay, Müslüm Gürses, Cem Karaca, Barış Akarsunun bioqrafiya filmləri çəkilib.