“Atatürk” filmində Mustafa Kemal Atatürkə həyat verən Aras Bulut İynemli “Disney Plus”ın proyekti yayımlamaqdan vaz keçməyi ilə bağlı danışıb.
OLAY yazır ki, aktyor ötən günlərdə “Candaş Tolga Işık ile Az Önce Konuştum” proqramında qonaq olub.
“Mən də çox qəzəbləndim. Amma işin içində olduğum üçün ona uyğun davranmalı idim. Bir heyətlə yola çıxırıq və birdən yayımçı deyir ki, mən yoxam. Hələ mövzu Atatürk ikən. Filmin bütün dünyada izlənməsi üçün əlimdən gələni edəcəyəm.” - deyə, bildirib.