Xəbər veridiyimiz kimi, ötən gün beş qadın 48 yaşlı komediyaçı Rassel Brendi təcavüzdə ittiham ediblər.
OLAY yazır ki, bu iddiaların fonunda aktyorun illər əvvəl etdiyi açıqlamalar yenidən gündəmə gəlib.
Sözügedən müsahibələrdən birində Rassel hazırda şahzadə Harrinin həyat yoldaşı olan keçmiş aktrisa Meqan Markl rol aldığı filmdəki intim səhnədən danışıb.
Onlar birlikdə "Veqasdan qaçış" filmində rol alıblar.
Bu filmdə şahzadənin gələcək həyat yoldaşı Tatyana rolunu oynayıb. Meqan və Harrinin toyundan cəmi bir həftə əvvəl komediyaçı həmin epizoda yenidən baxana qədər kiminlə çəkildiyi barədə heç bir fikri olmadığını söyləyib. Aktyor filmdə Meqanı öpdüyünü vurğulayıb.