Məşhur aktyor Al Pacçno və Nur Alfalla uşaqlarının doğulmasından üç ay sonra ayrılıblar.
OLAY yazır ki, 83 yaşlı aktyor və onun 29 yaşlı sevgilisi 2022-ci ilin aprelindən münasibətdədirlər. Bu ilin iyununda onların oğlu Roman dünyaya gəlib.
Alfalla Al Paçinonun uşağı ziyarət edə bilməsi şərti ilə oğlunun tam qəyyumluğunu istəyib.
Məhkəmə sənədlərində Alfalla və Al Paçinonun oğulları doğulduqdan altı gün sonra imzaladıqları “könüllü atalıq bəyannaməsi” də var. Bu sənədlə aktyor atalığını etiraf edib. Hüquqi sənədlərdə Alfalla aktyorla Kaliforniyada cinsi münasibətdə olduqdan sonra hamilə qaldığı vurğulayıb.
Həmçinin, Alfalla aktyordan vəkil və məhkəmə işi ilə bağlı digər xərcləri ödəməyi tələb edib.
Eyni zamanda, məhkəmə materiallarında alimentin konkret məbləği göstərilməyib.