Tanınmış fransız aktyor Jerar Depardye təcavüzdə ititham olunub.
OLAY xarici KİV-ə istinadən yazır ki, onun gənc aktrisa Şarlotta Arnoya təcavüz etdiyi bildirilib.
Bu barədə aktrisa özü sosial şəbəkə hesabında məlumat yayıb. O, bir il əvvəl eyni cinayətdə adı hallanan Depardyenin təcavüz etdiyi qızın özü olduğunu deyib:
“Mən Depardyenin qurbanıyam. Onun ittiham olunmasından 1 il ötür. Mən daha səssiz qala bilmirəm. Artıq üç ildir ki, yaşaya bilmirəm. Susmaq özümü diri-diri basdırmaq kimidir”.