Aktyor Alek Balduin iki il əvvəl “Pas” filminin çəkiliş meydançasında törətdiyi operator Qalina Hitçensin qətlinə görə yenidən ittiham oluna bilər.
OLAY yazır ki, həmin vaxt aktyor silahın öz-özünə atəş açdığını və buna görə də günahsız olduğunu iddia edib.
İttiham tərəfi Alekin mövqeyi ilə razılaşmayıb və silahın öz-özünə atəş aça bilməyəcəyini müəyyən edən müstəqil ekspertiza təyin edib.
Bu səbəbdən də Bolduin adam öldürmə ittihamı ilə üzləşə bilər.