Film / Serial
Film / Serial

"İnstagram"-da 15 saniyəlik reklamı bu qiymətə paylaşır

"İnstagram"-da 15 saniyəlik reklamı bu qiymətə paylaşır

Müğənni və aktyor Oğuzhan Koçdan ayrıldıqdan sonra DJ Sergio ilə yeni eşq macərasına başladığı iddia edilən aktrisa Demet Özdemir rol aldığı serial mövsüm finalı etdikdən sonra tətilə çıxıb.

OLAY yazır ki, hazırda istirahətin dadını çıxaran Özdemir "İnstagram"-ın hekayə bölümündə 24 saatlıq paylaşım üçün aldığı qiymət eşidənləri heyrətləndirib. 

Aktrisa 15 saniyəlik reklam paylaşımından 200 min TL (12 min 500 AZN) qazanır. 

Aktrisa bir müddət öncə İtaliyada "Snai La Maura Hipodromu"nda keçirilən The Weeknd konsertinə qatılıb. Oynadığı seriallarla xaricdə böyük pərəstişkarı olan Özdemirə İtaliyadak maraq böyük olub.