Film / Serial
Film / Serial

Məşhur serialın aktyoru 25 yaşında vəfat etdi

Məşhur serialın aktyoru 25 yaşında vəfat etdi

"Eyforiya" serialının ulduzu 25 yaşlı amerikalı aktyor Anqus Kloud vəfat edib.

OLAY yazır ki, onun ölümünə səbəb kimi ilkin olaraq antidepresanlardan yüksək dozada istifadə göstərilib. 

Xatırladaq ki, “Eyforiya” serialının ulduzu depressiyadan əziyyət çəkib. Ötən həftə isə atasının ölümü onun vəziyyətini daha da ağırlaşdırmışdı. 

Kloudun psixoloji xəstəliklə də mübarizə apardığı qeyd edilib.