Aktrisa Monika Belluççi rejissor Tim Börtonla sevgili olduğunu təsdiqləyib.
OLAY yazır ki, 58 yaşlı aktrisa və 64 yaşlı rejissor ilk dəfə bu ilin fevralında birlikdə görüntüləniblər.
Beluççi bu yaxınlarda Börtonun "Beetlejuice 2" filminin heyətinə qatılıb.
“Nə deyim... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda baş verən görüşlərdən biridir. Mən bu insanı tanıyıram, onu sevirəm " - deyə Monika vurğulayıb.