Uzun zamandır ki, Leonardo Di Kaprionun baş rolunu canlandırdığı “Başlanğıc” filminin finalı izləyicilər arasında fikir ayrılığına səbəb olub.
OLAY yazır ki, tamaşaçıların bəziləri filmin sonunda Dom Cobb obrazının hələ də yuxuda olduğuna inanır, bəziləri isə əksinə israr edir.
Filmin rejissoru Kristofer Nolan özü mübahisəyə son qoymaq qərarına gələrək, ekran işinin finalını izah edib:
“Burada nihilist bir sonluq var, lakin eyni zamanda, qəhrəman davam etmək və uşaqları ilə birlikdə yaşamağa qərar verdi. Qeyri-müəyyənlik personajın emosional inkişafına təsir göstərmir. Bu, tamaşaçılar üçün daha çox intellektual işdir".
Kristofer Nolan “Başlanğıc” filminin sonunun iyulun 21-də premyerası planlaşdırılan “Oppenheimer”in sonu ilə çox oxşar olduğunu da vurğulayıb.