Film / Serial
Film / Serial

Serialı evində çəkilirmiş...

Serialı evində çəkilirmiş...

Bir müddət öncə “Euphoria” serialının yaradıcısı Sem Levinson baş rollarda Lili-Ros Depp və De Vikend ilə yeni qalmaqallı “İdol” serialını təqdim edib.

OLAY yazır ki, məlum olub ki, layihə De Vikendin evində çəkilir.

Bu evi musiqiçi 2021-ci ildə 70 milyon dollara alıb. Bağçası, tennis kortu, şəlaləsi olan hovuzu və istirahət zonası olan 10 min kvadratmetrdir. Malikanənin içərisində rahat qalmaq üçün lazım olan hər şey var: sauna, ev kinoteatrı, səsyazma studiyası, qapalı hovuz, idman zalı və digər şərait.

Bildirilir ki, reper serialın çəkilişləri üçün büdcəyə qənaət etmək üçün öz evindən istifadə etmək qərarına gəlib.