Baş rollarında Kıvanç Tatlıtuğ və Farah Zeynep Abdullahın oynadığı “Kurt Seyit ve Şura” serialı İtaliyada yayımlanmağa başlayıb.
OLAY yazır ki, “Ay yapım” imzalı layihə 2014-cü ildə Türkiyədə ekrana gəlsə də, istədiyi reytinqi əldə edə bilməmişdi. Lakin serial 9 il sonra “La ragazza e l'ufficiale” adıyla “Canale 5”də yayımlanandan sonra yenidən gündəmə gəlib və İtaliyada diqqət çəkib.
Qeyd edək ki, serialda Fahriye Evcen, Çağlar Ertuğrul, Zerrin Tekindor, Demet Özdemir, Birkan Sokullu kimi sənətçilər də yer alıb.