“Aktyor 2-3 min manat maaş alsa da, çox azdır. Mən sənət insanıyam. Eyni paltarda verilişlərə çıxa bilməz. Hamı irad tutar”.
OLAY yazır ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Gül kimi şou”da qonaq olarkən deyib.
“Aktyorun qonorarı o deyil. Hər şeyi görürlər, elə bilirlər ki, həyat ancaq problemsiz həyatdan ibarətdir. O qədər problem var ki? Aktyor var ki, evi-eşiyi yoxdur, yarmarkada fəhlə işləyir. O, sənət adamıdır. Bizim müəyyən qiymətimiz var. Zəng vururlar, deyirik. Cavab verir ki, “siz bahalısız”. Razıdır ki, yoldan keçəni gətirib serialında, filmində çəksin”.