Film / Serial
Film / Serial

“The Bridgerton”un yayım tarixi bəlli oldu

“The Bridgerton”un yayım tarixi bəlli oldu

“Netflix” striminq xidmətinin məşhur “The Bridgerton” serialının üçüncü mövsümünün premyera tarixi açıqlanıb. 

OLAY yazır ki, ekran işi dekabrın 14-də sözügedən platformada izləyicilərə təqdim olunacaq. 

Qeyd edək ki, Netflix 2021-ci ilin aprelində serialın yalnız ilk 2 mövsümlə qalmayacağını, lakin “Bridgerton”un 3-cü və 4-cü mövsümlərinə yaşıl işıq yandırdığını açıqlamışdı. 

3-cü sezon əxlaqsızlığı ilə gündəmə gələn Benedict Bridcertona həsr olunacaq. 

Yeni sezonun Benediktin hekayəsi ilə gündəmə gələcəyini nəzərə alsaq, serialın uğurlu aktyoru Luk Tompsonun seriala qayıtması təəccüblü deyil. İlk iki mövsümdə ulduzları parlayan Dafne və Antoninin arxa planda qalması, hələ də gözlədikləri sevgini tapa bilməyən bacı-qardaşlarının ön plana çıxması gözlənilir.