Komediya aktyoru Pit Devidson avtomobil qəzasından sonra “ehtiyatsız sürücü” ittihamı ilə üzləşib.
OLAY yazır ki, sənətçinin işi ilə bağlı iyulun 27-də Los-Anceles dairə prokurorluğunun ittihamı ilə məhkəmə iclası keçiriləcək.
Komediyaçı 2023-cü il martın 4-dəqəzaya düşüb. Sürət həddini aşan Devidson idarəetməni itirərək Beverli Hillsdə yerləşən evə çırpılıb. Maşında aktyorla birlikdə onun sevgilisi Çeyz Svi Uanders olub.
“Xoşbəxtlikdən heç kim xəsarət almayıb, lakin təcrübə təhlükəli sürücülüyün nəticələrinin nə qədər problem yaratdığını göstərir”, - deyə, rayon prokurorluğundan bildiriblər.
Qeyd edək ki, Devidsonu 90 günə qədər həbs və ya 1000 dollar cərimə, hətta sürücülük vəsiqəsini itirmək təhlükəsi gözləyir.