“The İdol” serialı ikinci sezonu çəkilməyə bilər.
OLAY yazır ki, bu barədə “Page Six” məlumat yayıb. Bildirilir ki, hazırda layihənin davamının çəkilməməsinə qərar verilib. Buna səbəb serialın seks səhnələrinə mənfi reaksiyaların verilməsi olub. Həmçinin iddia edilir ki, baş qəhrəmanı canlandıran De Vikend çəkiliş meydançasında “özünü eqoist aparır”.
HBO striminq xidmətinin nümayəndələri açıq-saçıq səhnələrdən şoka düşmədiklərini söyləyiblər.
“Bu, Sem Levinson layihəsidir və siz onu izləməklə nə əldə etdiyinizi bilirsiniz”, - mənbə Levinsonun başqa bir serialı olan “Euphoria”ya istinad edərək deyib.
De Vikend özü də deyib ki, erotik səhnələrdə onun xarakterinə aid heç nə yoxdur.