Kanal D-də yayımlanan Türkiyənin məşhur “Camdaki kız” serialı final edib.
OLAY yazır ki, Gülseren Budayıcıoğlunun eyniadlı romanından uyğunlaşdırılan və əsl sevgi hekayəsi əsasında hazırlanan layihə 82-ci bölümü ilə sonuncu dəfə tamaşaçıların qarşısına çıxıb.
Rollarda Burcu Biricik, Devrim Yakut, Cihangir Ceyhan, Feri Baycu Güler, Feyyaz Şerifoğlu, Hamza Yazıcı, Hande Ataizi və başqalarının olduğu ekran işi tamaşaçılarla sağollaşıb.
Mühafizəkarlıq, xəyanətin tənqid edildiyi serial xoşbəxt sonluqla bitib. Baş obraz Nalan sevgilisi Hayrinin ölümündən sonra ayrıldığı həyat yoldaşı Sedatla yenidən bir araya gəlib və oğlan övladı dünyaya gətirir.
Artıq səs-küy və stressdən uzaq, sakit bir həyata üstünlük verən Nalan və Koroğlu ailəsi illər əvvəl qaldıqları yerdən həyatlarına davam edəcəklər.