Film / Serial
Film / Serial

Dünyanın ən böyük Herri Potter parkı açılır

Dünyanın ən böyük Herri Potter parkı açılır

Tokioda Herri Potter filmlərindən ilhamlanan əyləncə parkı açılıb.

OLAY yazır ki, bu barədə “Kyodo News” xəbər verib.

“The Making of Harry Potter” dünyanın ən böyük qapalı Harri Potter attraksionudur. O, Hoqvarts Məktəbinin mənzərəsini və ziyarətçilərə Potter filmlərinin müəllifləri kimi hiss etməyə imkan verəcək texnologiyanı əks etdirir.

Xüsusilə, parkda hərəkətli şəkillər təqdim olunur, videoları isə ziyarətçilərin özləri çəkəcəklər. Yaponiyadakı qapalı park Warner Bros-un açılışından sonra dünyada ikinci belə attraksion olacaq.