Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı Conni Deppə 1 milyon dollar təzminatı tam ödəyib.
OLAY yazır ki, bu barədə qərb KİV-i məlumat yayıb. Qeyd olunub ki, Emberə məhkəmədə qalib gələn Coni, həmin məbləği beş xeyriyyə fonduna bağışlayacaq.
Qeyd edək ki, hakim ötən il Emberə eks həyat yoldaşına şər atdığı, ictimai nüfuzuna zədə gətirdiyi üçün pul cəzası vermişdi.