“Forsaj 10” filmi dünya miqyasında kirayədə 652,7 milyon dollar gəlir əldə edib.
OLAY yazır ki, məbləğin 514,65 milyon dolları Şimali Amerikadakı nümayişindən qazanılıb. Qalan 138,09 milyon dollar isə digər ərazilərdən əldə edilib. Filmin büdcəsi isə 340 milyon dollardır.
“Forsaj 10” hazırda 2023-cü ilin ən çox gəlir gətirən filmləri siyahısında dördüncü yerdədir. Tarixin ən bahalı filmlərindən biri sayılır.
Qeyd edək li, layihənin daha iki buraxılışı olacaq. Filmin 11-ci hissəsi 4 aprel 2025-ci ildə yayımlanmalıdır.