Film / Serial
Film / Serial

Məşhur aktyor qəzada öldü

Məşhur aktyor qəzada öldü

Aktyor Trit Uilyams 71 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə “People” məlumat yayıb. Aktyorun mətbuat katibi Barri Makferson onun ölümünün təfərrüatlarını açıqlayıb. Uilyamsın sözçünün sözlərinə görə, qəza baş verən zaman o, motosiklet sürürmüş.

“O, sola və ya sağa dönürdü və maşın onun qarşısını kəsdi. Mən sadəcə məhv olmuşam”.

Bildirilib ki, qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Müstəntiqlər hesab edir ki, avtomobilin sürücüsü dönərək motosikleti görməyib. Təkcə Uilyams yaralanıb və onu Nyu-Yorkdakı xəstəxanaya çatdırmaq üçün vertolyot çağırılıb. Lakin aldığı xəsarətlər nəticəsində aktyor dünyasını dəyişib.

Qeyd edək ki, Trit Uilyams 1970-ci illərdə məşhurlaşıb. Aktyor “Broadway” musiqili əsasında çəkilmiş “Saçlar” filmində rol alıb, bundan sonra daha bir neçə layihədə iştirak edib. O, Robert De Niro ilə birlikdə “Once Upon a Time in America” adlı qanqster filmində də çəkilib. Uilyamsın yer aldığı layihələr arasında “Marafon adamı”, “1941”, “Yenidən başla”, “Bir zamanlar Veqasda” və s. var.