Film / Serial
Film / Serial

Alpın yeni sevgilisi Sıladır

Alpın yeni sevgilisi Sıladır

Türkiyənin məşhur aktyoru Alp Navruz “Ada masalı” serialındakı tərəf müqabili Ayça Ayşin Turanla ayrıldıqdan sonra eşqə düşüb. 

OLAY yazır ki, kino və serial ulduzu son zamanlar populyarlaşan Sıla Türkoğlu ilə sevgilidir. Qısa müddət əvvəl İstanbulda səmimi görüntülənən cütlük münasibətdə olduğu etiraf edib.  Onlar ictimaiyyətdən uzaq bir şəkildə eşq yaşayacaqlarını bildiriblər. 

Bir ay öncə tanış olan Alp və Sıla hətta ortaq dostlarının ad günün məclisinə bərabər qatılıb.