“Camdakı Kız” serialının ulduzu Burcu Biricik reklam siması olub.
OLAY yazır ki, serial ulduzu bu dəfə kosmetika brendi ilə əməkdaşlığa başlayıb. Bir neçə gün əvvəl firma ilə müqavilə bağlayan aktrisa bu işbirliyindən 2 milyon TL tələb edib.
O, həmin məbləği qız uşaqlarının təhsili üçün fəaliyyət göstərən vəqfə bağışlayacaq.