Əməkdar artist Gülzar Qurbanova övladlarının fotolarını paylaşıb.
OLAY yazır ki, aktrisa paylaşımında oğlu və qızını Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edib.
Sənətçi “Xoşbəxt gündə doğulan bütün uşaqların həyatı boyu xoşbəxt olması diləyi ilə. Üzləri gülsün, arzuları çiçəkləsin” – qeydini yazıb.
Qeyd edək ki, Gülzar Qurbanova aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır.