Aktyor Conni Depp ilə məhkəməni uduzandan sonra İspaniyaya köçən aktrisa Ember Hörd səssizliyini pozaraq Hollivuddakı gələcəyi ilə bağlı ilk dəfə danışıb.
OLAY yazır ki, sənətçi jurnalistlərə müsahibə verib.
Ember İspaniyada uzun müddət qalıb-qalmayacağı sualına “Ümid edirəm. Burada yaşamağı çox xoşlayıram” – deyə, cavab verib. Jurnalistlərin aliment iddiaları ilə bağlı suallarını ciddiyə almayıb, eləcə də, C. Deppin “Kann” Film Festivalı ilə bağlı suallarını da cavabsız qoyub.
Qeyd edək ki, E.Hörd qızı Uonaqla birgə bir müddət əvvəl Madridə köçüb.
Samirə Sərkər