Film / Serial
Film / Serial

“Kann”dakı çıxışına sərt reaksiya!

“Kann”dakı çıxışına sərt reaksiya!

76-cı “Kann” Film Festivalında “Ən yaxşı Aktrisa” mükafatına layiq görülən Merve Dizdarın çıxış sözlərinə reaksiya bildirənlərdən biri də aktyor Taner Karadağlı olub.

OLAY yazır ki, məşhur sima həmkarın sosial şəbəkə hesabında bu münasibətlə təbrik ünvanlayıb. Bundan başqa, Karadağlı sənətçini tənqid də edib:

“Merve Dizdarı aldığı mükafata görə səmimi qəlbdən təbrik edirəm. Çox böyük bir uğurdur. Həm həmkarı olaraq, həm də Türkiyə vətəndaşı kimi inanılmaz dərəcədə qürur duydum. Sinəm qabardı. Amma.... Tribunadakı çıxışına bunları aid etməyəcəyəm. Onun sözləri Fransanın illərdir işğal altında saxladığı cəzayirli qızlara aiddirmi? (Çünki mükafatı Fransada alır). Ya da dedikləri uşaqları dağa qaçırılmış diyarbəkirli analar üçün keçərlidirmi?

Xarici ölkədə belə bir mükafata layiq görülərkən onu oraya aparan türk məktəbləri, televiziya kanallarıdır. Hələ ən populyar ekran işi TRT-də yayımlanan serialıdır. İndi ən populyar işini dövlətin televiziyasında görür, milyonların etimadını və pul qazanıb, xaricdə ödül əldə edib, dünyanın gözü önündə ilk fürsətdə dövləti və ölkəsindən şikayət edir. Bu, mənə doğru gəlmir. Amma igidi öldür, haqqını yemə... Göstərdiyi aktrisalığın uğurlu olmasına görə onu bir daha səmimi qəlbdən təbrik edirəm”. 

Qeyd edək ki, Merve Dizdar “Kann” səhnəsində çıxışı zamanı mükafatı Türkiyədə layiq olduğu gözəl günləri yaşamağı gözləyən, bütün mübarizə aparan bacılarına ərməğan etdiyini deyib.