Pop ulduz Demet Akalın növbəti dəfə “Yalı çapkını” ilə bağlı tənqidi status paylaşıb.
OLAY yazır ki, sənətçi növbəti bölümün fraqmentini izlədikdən sonra əsəbiləşərək tvit atıb.
“Bu serial Qaziantepdə başladı. Oranın ab-havası ilə Feritin simpatikliyi arasındakı uyğunsuzluğun uyğunluğunu sevdik. Bu cütlüyün dadını qaçırtmayın. Xahiş edirəm aktyorlarınızı başqa işlərdə parladın. Bu nədir? Mən Seyran üçün səhnəyə çıxış saatımı dəyişirəm”, - deyə, Akalın bildirib.