Netflix-in amerikan istifadəçiləri mayın 23-də öz hesablarını kənar şəxslərlə pulsuz paylaşmağın qadağan edildiyi barədə bildiriş alıblar.
OLAY yazır ki, platforma indi yalnız bir ailənin hesabdan istifadə edə biləcəyini vurğulayıb:
“Ailənin bütün üzvləri harada olurlarsa olsunlar- evdə, yolda, səyahət zamanı Netflix-dən həzz ala və yeni xidmətlərin üstünlüklərindən istifadə edə bilərlər”.
Netflix profilini digər şəxslərlə ilə paylaşmaq istəyənlərdən ayda əlavə 7,99 dollar ödəmələri tələb olunacaq. Bir istifadəçi üçün standart plan ayda 15,49 dollara başa gəlir.