Vaxtilə keçmiş ANS TV-də yayımlanan “Səhrada məhəbbət” serialında Barbara obrazını canlandıran kolumbiyalı aktrisa Sara Mintz inanılmaz dəyişikliyi ilə diqqət çəkir.
OLAY yazır ki, 2001-ci ildə lentə alınan 121 bölümlük serialla məşhurlaşan sənətçi bu günlərdə İnstaqramın aktiv istifadəçilərindəndir. Onun həm də yeni fəalliyyəti var. Sara artıq yaşam və spiritual kouçluqla məşğuldur.
Son zamanların populyar sənət növünü mənimsəyən Mintz 1,6 milyonluq sosial media hesabında da aktrisalıq fəalliyətini yox, məhz kouçluq etdiyini yazıb.
Qeyd edək ki, məşhur prodüser Coşua Mintzlə evlənən Saranın bu izdivacdan Akiva və Yehuda adlı əkiz övladları dünyaya gəlib.
Xarici görünüşündə xeyli dəyişiklik olan aktrisa hazırda 47 yaşındadır.