Rejissor Emil Quliyev çəkdiyi “Körpünün o tayı” adlı serialı haqqında danışıb.
OLAY yazır ki, onunla müsahibəni “Godox.az” İnstaqramda yayımlayıb.
Quliyev ölkə tarixinin ən çox büdcə ayrılan səhnəsini çəkdiyini vurğulayıb.
Emilin sözlərinə görə, 1985-ci ildə restoranda cərəyan edən hadisənin səhnəsi rəssamlar tərəfindən qurulub. Ab-havanın təbii görünməsi üçün qurulan işıqlardan tutmuş, rənglər və bir çox nüansa qədər hər şey düşünülüb.