Film / Serial
Film / Serial

Seçkidən sonra Sinanı bloka atdı

Seçkidən sonra Sinanı bloka atdı

Türkiyənin komediya aktyoru Şahan Gökbakar və müğənni Sinan Akçıl arasında gərginlik yaranıb.

OLAY yazır ki, buna səbəb Şahanın tvitterdə Sinanı bloka atması olub.  Bu barədə tvitterdə açıqlama yayan müğənni “Şahan, tvitterdə bloka atmısan. Bu barədə pərəstişkarlarım mənə məlumat verdi. Amma instaqramda hələ məni izləyirsən. Məlumat vermək istədim. Mən izləmədən çıxmıram, əvvəlcə sən çıx”,- deyə bildirib.

Qeyd edək ki, tərəflər arasında qalmaqal Türkiyədə keçirilən president və parlament seçkilərindən sonra meydana gəlib.